Acun bu gün evlənir!
    • Bu gün, 12:11
    • 152

Acun bu gün evlənir!

Türkiyəli iş adamı və “TV8” kanalının rəhbəri Acun Ilıcalı uzun müddətdir sevgili olduğu Ayça Çağla Altunkaya ilə ailə qurur. 

News24.az OLAY-a istinadla yazır ki, cütlük 4 sentyabr yəni bu gün Esma Sultan Köşkündə xoşbəxtliyə “hə” deyəcək.

Acun 4-cü dəfə nikah masasına oturur. Hər şeyin mükəmməl olmasını istəyən Ilıcalı toya ailə üzvlərini və yaxın dostlarını dəvət edib.

Evlənməyə cəmi bir neçə saat qalmış cütlüyün toy dəvəti sosial mediada trend mövzusuna çevrilib.

Tamamilə qara mövzuda olan dəvətnamədə Acun Ilıcalı və Ayça Çağla Altunkaya qonaqlara “Lütfən, sosial mediaya girməyin” deməsi əks olunub. 

Qeyd edək ki, Acunun sevgilisi Çağla ondan 30 yaş kiçikdir.