Konfet qabından görün NƏ ÇIXDI
    • Bu gün, 17:56
    • 172

Konfet qabından görün NƏ ÇIXDI

Britaniyanın Wotton Auction Rooms auksion evinin əməkdaşları dəyəri 30 min funt-sterlinq qiymətləndirilən 18-ci əsrə aid nadir Amerika sikkəsini tapıblar. 

News24.az xəbər verir ki, bu barədə Gloucestershire Live məlumat verib..

Kəşf Qlosterşir ştatının Wotton-under-Edge şəhərində bir tacir qiymətləndirmək üçün “hər cür köhnə zinət əşyaları” və sikkələrlə dolu konfet qabını gətirən zaman onların arasında 1776 ABŞ kontinental dolları aşkar edilib.

Hərrac evinin əməkdaşı Cozef Trinder “Bu sikkə karyeramda tapdığım ən yaxşı beşlikdən biridir və hər auksionerin əldə etmək arzusunda olduğu əşyadır” deyib

O, həmçinin Böyük Britaniyada ABŞ-nin müstəqilliyini elan etdiyi ilə aid bir sikkənin tapıldığına və ölkədə oxşar sikkələrin başqa qeydlərinin olmadığına diqqət çəkib.

Sikkə orijinallığını təsdiqləmək üçün ekspertiza üçün ABŞ-a göndərilib. Bundan sonra o, Böyük Britaniyaya qayıdacaq və orada oktyabrın 3-də hərracda satılacaq. 

Məryəm İlhamqızı