İstisu qəsəbəsi belə olacaq - FOTOLAR
    • Bu gün, 18:39
    • 222

İstisu qəsəbəsi belə olacaq - FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev öz sosial şəbəkə hesablarında İstisu qəsəbəsinin layihəsini paylaşıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Kəlbəcər rayonunun qərb hissəsində yerləşən, ümumi sahəsi 63,1 hektar olan İstisu qəsəbəsinin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq.

Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur.

Ümumilikdə layihəyə əsasən gələcəkdə burada “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina da tikiləcək.

Həmçinin qəsəbədə bütün mühüm sosial obyektlər və lazımı infrastruktur imkanları yaradılacaq. Buraya 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, idman-sağlamlıq və klub-icma mərkəzi, tibb məntəqəsi və idman meydançası daxildir.

Qəsəbənin müasir standartlara əsasında inkişaf edərək mühüm rayon mərkəzlərindən birinə çevriləcəyi gözlənilir.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.