İdmançı qadınlar tərəfindən qətlə yetirildi - TƏFƏRRÜAT
    • Dünən, 23:02
    • 274

İdmançı qadınlar tərəfindən qətlə yetirildi - TƏFƏRRÜAT


İranda boks komandasının rəhbəri qadınlar tərəfindən qətlə yetirilib. 

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Azad İran telegram kanalı məlumat yayıb. 

Tehran əyalətinin Rabat-Kərim şəhər Polis İdarəsinin komandiri Teymur Kəlantəri bildirib ki, dünən keçmiş idmançı və İranın boks üzrəmillisinin məşqçisi İsa Gülməhəmmədi evinin bağında qətlə yetirilib.

Məlumata görə, bağın gözətçisi dindirilərkən etiraf edib ki, idmançı ötən gecə evə iki qadınla birlikdə gəlib. O, bildirib ki, daha sonra odlu silahdan açılan atəş səsini eşidib və İsa Gülməhəmmədinin öldürüldüyünü görüb.

Qeyd olunub ki, qatillər idmançının telefonunu da götürərək, hadisə yerindən qaçıblar. Hələlik təqsirkarların axtarışları davam edir.