Niyə ad günü tortlarının üstünə şam qoyulur?
    • 5-09-2024, 08:35
    • 1 181

Niyə ad günü tortlarının üstünə şam qoyulur?



Ad günləri dedikdə ağıla ilk gələn şeylərdən biri təbii ki, ad günü tortudur. Təkcə ad günü tortu deyə də bir şey yoxdur, üzərində mütləq şamlar olmalı və mütləq arzu dilənərək, üfürülməlidir.

Bəs, ad günü tortuna şam qoymaq ənənəsi tam olaraq nə vaxt başlayıb və bu günlərə qədər necə gəlub? 

Sfera.az bildirir ki, bu ənənənin tarixi Qədim Yunanıstana gedib çıxır. 

Bəli, ad günü tortunu bəzəmək və xoş arzularla şamları üfürmək tarixi məhz Qədim Yunanıstana gedib çıxır.

Ovçuluq ilahəsi Artemidi şamla bəzənmiş tortlarla şərəfləndirən qədim yunanlar, şamlardan ibarət tortlarla Artemida məbədini ziyarət ediblər.

Artemidanın tərifi üçün edilən bu adətdə şam işığı ulduzları və Ayı simvolizə edirdi və şam sönərkən arzular edilirdi. Bu adət sonralar Yunanlar vasitəsilə Romaya və Qərb sivilizasiyasına daşınmışdır.

Qədim Romalılar şam tortlarından təkcə ad günləri üçün deyil, həm də toylar və müxtəlif şənliklər üçün istifadə etməyə başladılar.

Əsrlər əvvələ dayanan bu ənənə bu gün də dünyanın hər bölgəsində xoşbəxt anlarımızda bizi müşayiət etmək üçün istifadə olunmağa davam edir.