-
- 6-09-2024, 10:41
- 573
Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olmuşdur.
Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. ALLAH hərbçimizə rəhmət eləsin.