DİN: Narkotiklə əlaqəli 18 fakt QEYDƏ ALINIB
    • 11-06-2019, 11:08
    • 609

DİN: Narkotiklə əlaqəli 18 fakt QEYDƏ ALINIB

2019-cu il iyun ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.    


Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.   


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.