“Təkcə ana yox həm də ən yaxşı rəfiqəsən" - FOTO
    • Bu gün, 19:15
    • 121

“Təkcə ana yox həm də ən yaxşı rəfiqəsən" - FOTO

"Təkcə ana yox həm də ən yaxşı rəfiqəsən. Anacan sən məni hər zaman düz yola istiqamətləndirirsən. Sən mənim nəfəsim və ürəyimsən. Mənim həyatım..."

News24.az olay-a istinadən bildirir ki, bu sözləri Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci yaşadan müğənni Nigar Camalın futbolçu qızı Jasmin sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Anasını qucaqlayıb, öpən anda çəkilən fotosunu yayımlayan Jasmin valideyninin ad günü olduğunu bildirib.

Camalın qızı anasını bu sözlərlə təbrik edib:

"Mən dünyanın ən gözəl anasına ən yaxşı ad günü arzu etmək istəyirəm. Sən olmasaydın mən indi olduğum insan olmazdım. Buna görə isə sənə minnətdaram. Biz səninlə sadəcə "ana -övlad" deyilik, ən yaxşı rəfiqələrik. Qoy səni sevgi, xoşbəxtlik və uğur əhatə etsin. Səninlə fəxr edirəm və səni çox sevirəm. Xoşbəxt ol anacan!".

Qeyd edək ki, Nigar Camalın bu gün 44 yaşı tamam olur. Estrada ulduzunun Jasmindən başqa Saida adlı daha bir qız övladı da var.