İnəkləri üçün 4 mərtəbəli bina tikdirdi - FOTO
    • Bu gün, 13:05
    • 137

İnəkləri üçün 4 mərtəbəli bina tikdirdi - FOTO


Türkiyənin Trabzon vilayətində fermer inəkləri üçün 4 mərtəbəli bina tikdirib.

News24.az Modern.az-a istinadən bildirir ki, Şalpazarı bölgəsində heyvandarlıq üçün yer tapa bilməyən şəxs tikdirdiyi binanın bir mərtəbəsində özü, 3 mərtəbəsində isə inəkləri qalacaq.

Uzaqdan adi yaşayış binasına bənzəyən tikili hər kəsi təəccübləndirib.

Fermer binanın həmyerliləri üçün nümunə olacağını bildirib.