4 mərtəbəli binanın DAMI UÇDU
    • Bu gün, 17:10
    • 79

4 mərtəbəli binanın DAMI UÇDU

Türkiyədə Kartalda 4 mərtəbəli binanın dam örtüyü uçub. 

News24.az xəbər verir ki, hadisə Orhantəpə Məhəlləsi Banu küçəsində baş verib. 

Əldə edilən məlumata görə, 4 mərtəbəli 16 mənzilli binanın dam örtüyünün bir hissəsi 4-cü mərtəbədəki eyvana çöküb.

Bina sakinlərinin xəbəri üzərinə hadisə yerinə Kartal Bələdiyyəsinin polis qrupları və axtarış-xilasetmə qrupları sövq edilib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan və ya can itkisi baş verməyib və polis qrupları binanın yerləşdiyi küçəni maneələrlə avtomobil və piyadaların hərəkətinə bağlayıb. Kartal Bələdiyyə qrupları tədbir olaraq binanı boşaldarkən, bina üçün söküntü qərarı verilib.

Məryəm İlhamqızı