İnterpol bu azərbaycanlıları axtarışa verib - SİYAHI
    • Dünən, 22:26
    • 207

İnterpol bu azərbaycanlıları axtarışa verib - SİYAHI


Bu günə qədər müxtəlif cinayətlər törətmiş 38 azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib.

News24.az bildirir ki, Musavat.com-un apardığı araşdırmaya əsasən, axtarışa verilənlərdən ən qocamanı 64 yaşındadır.

Lütfiyar Nəsibov Qulu oğlu 1960-cı ildə Ermənistanda doğulub. Rusiya və Azərbaycan vətəndaşlığı var. O qrant alınmasında fırıldaqçılıqda, kreditləşmə sahəsində saxtakarlıqda təqisirli bilinir. Rusiya tərəfindən axtarışa verilib.

Digər cinayətkar Çingiz Cahangirov 1979-cu il avustun 30-da doğulub. O, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam öldürməyə cəhddə, odlu silahın və onun əsas hissələrinin qanunsuz əldə edilməsi, başqasına verilməsi, saxlanması və daşınmasına görə axtarışa verilib.

İnterpol vasitəsilə axtarılan Anar Əliyev 1984-cü il martın 30-da doğulub. Qətl və oğurluq törətməkdə günahlandırılır.

Beynəlxalq miqyasda axtarılan azərbaycanlı Fazil Kərimov 1993-cü ildə doğulub. O, xüsusi iri miqyaslı dələduzluqda təqsirləndirilir.

1987-cü il təvəllüdlü Ruhəngiz Orucovanın insan alverinə görə barəsində axtarış elan edilib.

Aleksand Baturinin həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. 1982- ci ildə Azərbaycanda doğulub. O terror fəaliyyətinə cəlb olunmğa cəhddə günahlandırlır.

Bəylər Niftəliyevin 48 yaşı var. O zorakılıqda və quldurluqda günahlandırılır. Eyni zamanda əmlakın qəsdən məhv edilməsində təqsirli bilinir. O Rusiya tərəfindən axtarışa verilib.

Mansurov Süleyman Cəlilbadda doğulub. O, azyaşlını zorlamaqda təqsirli bilinir. Rusiya tərəfindən axtarışa verilib.

Kamal Fətullazadə 1965-ci ildə Lənkəranda doğulub. O qətl törətməyə, zorlanmaya görə Rusiya tərəfindən axtarışa verilib.