Mövsümün İLK QARI YAĞDI
    • Bu gün, 10:07
    • 123

Mövsümün İLK QARI YAĞDI

Ərzurumda mövsümün ilk qarı yağıb.

News24.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən şəhər mərkəzində təsirli olan soyuq hava və yağış, Türkiyənin əhəmiyyətli xizək kurortlarından biri olan Palandökenin yuxarı hissələrini qar şəklində təsir edib.

Palandöken dağının yuxarı hissələri ağararkən, şəhər mərkəzində havanın temperaturu 10 dərəcə azalıb.

Meteorologiya rəsmiləri yaxın günlərdə havanın temperaturunun mövsümi normaya düşəcəyini bildiriblər.

Məryəm İlhamqızı