Qış geri qayıtdı: Mayda qar - FOTOlar
    • 14-05-2024, 17:07
    • 210

Qış geri qayıtdı: Mayda qar - FOTOlar

Yay fəsli yaxınlaşdıqca Türkiyənin bəzi əyalətlərin yüksək yerlərində qar sürprizi yaşanıb. 

News24.az xəbər verir ki, Ağrı, Bolu, Ərzurum, Düzce, Van, Ərdahan və Çorumun yüksək yerləri ağa bürünüb.

Ağrının yüksək dağlıq bölgələrində qarlı qış şəraiti davam edərkən, düzənliklərdə yaz çiçəkləri açmağa başlayıb.

Qışın sərt keçdiyi şəhər və yüksək dağlıq rayonlarda qar hələ də əriməyib.

Qeyd edək ki, qar yağışı Bolunun yuxarı seqmentlərində də öz təsirini göstərib.

Kartalkaya, Köroğlu dağlarının 2200 metr zirvəsi ilə Aladağ, Sarıalan və Yedigöllər bölgələrində dünəndən başlayan qar fasilələrlə davam edib.

Qar yağdıqdan sonra Kartalkaya Xizək Mərkəzi və ətrafındakı yaylalar qismən ağ örtüklə örtülüb.

Türkiyənin əhəmiyyətli xizək mərkəzlərindən biri olan Ərzurumun Palandöken bölgəsində yağan qar və duman təsirli olub.

Təxminən bir həftədir şəhər mərkəzində fasilələrlə təsirli olan leysan Palandöken Xizək Mərkəzində yerini qar yağışına verib.

Onu da bildirək ki, temperaturun aşağı düşdüyü şəhərlərdə yağışdan sonra dağların zirvələri ağarıb. Bəzi ərazilərdə isə qarın qalınlığı 10 santimetri keçib.

Günel Məlikzadə