-
- 9-09-2024, 13:03
- 636
Bu tarixlərdə güclü maqnit qasırğası olacaq - ƏHALİNİN DİQQƏTİNƏ!
“Sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir”.
News24.az bildirir ki, bu barədə Sfera.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib.
Qeyd olunub ki, Günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb:
“Kosmik aparatlar Yerə yönələn tac kütlə atılmaları müşahidə edib. 10-11 sentyabr tarixlərində Günəş aktivliyi M (R1-R2 - mülayim orta) və müəyyən ehtimalla X (R3 - güclü) səviyyədə olacaq. Hazırda geomaqnit qasırğası orta səviyyədədir”.
Məlumata görə, sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək:
“Sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək. Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək”.