Banan bu şəkildə saxlandıqda heç bir təsir göstərmir - DİQQƏT
    • 9-09-2024, 18:08
    • 492

Banan bu şəkildə saxlandıqda heç bir təsir göstərmir - DİQQƏT

Tərkibindəki yüksək kalium və ləzzətli dadına görə istehlak edilməsi tövsiyə edilən bananların saxlanmasında edilən səhv bananın qısa müddətdə qaralmasına səbəb olur.

Əvvəlcə nöqtə kimi görünən qəhvəyi ləkələr zamanla bütün bananı əhatə edir və yetişmə prosesində xarab olur. 

News24.az xəbər verir ki, bananın saxlanması zamanı edilən səhvlər və bananın düzgün saxlanma üsulları bunlardır:

Ən çox edilən səhvlərdən biri bananların qısa müddətdə istehlak edildiyi halda soyuducuda saxlanmasıdır. Əgər uzun müddət ərzində banan istehlak edəcəksinizsə, onları soyuducuda saxlaya bilərsiniz. Lakin bananların daim rütubətə və temperaturun dəyişməsinə məruz qalması onların qısa müddətdə yetişməsinə və xarab olmasına səbəb olur.

Bu mərhələdə soyuducuya qoyulan bananlar donma dərəcəsinə çatır. Bu, bananın həm dadını, həm də təravətini itirməsinə səbəb olur. Bananları soyuducuda saxlamaq əvəzinə təbii üsulla daha uzun müddət təzə saxlaya bilərsiniz. 

Bananları saxlayarkən nəzərə alınmalı bəzi məsləhətlər var. Bu məsləhətlər aşağıdakı kimidir:

-Bananın uzun müddət sağlam qalması üçün otaq temperaturunda 20-22 dərəcə arasında saxlanmalıdır.

-Bananın saxlandığı yer günün heç bir vaxtı günəş işığına məruz qalmamalıdır.

-Bananı evin yüksək rütubətli yerlərində saxlamalısınız. Bu yolla bananın yetişməsini ləngidə və uzun müddət təzə saxlaya bilərsiniz.

Məryəm İlhamqızı