-
- 10-09-2024, 21:46
- 380
Havada yüzlərlə bakteriya və göbələk TAPILDI
Yaponiyalı elm adamları apardıqları araşdırmada 10 min fut yüksəklikdə havada yüzlərlə bakteriya və göbələk tapdıqlarını açıqlayıblar.
News24.az xəbər verir ki, hava-damcı xəstəliklərini tədqiq edən alimlər Yaponiya səmasında müşahidələr aparıblar.
Araşdırmada elm adamları Yaponiya üzərində 10 uçuşda 10 min fut yüksəklikdə çoxlu bakteriya və göbələk aşkar ediblər.
Elm adamları bakteriya və göbələklərin təxminən 2 min kilometr uça biləcəyini təxmin edərkən, insanlarda xəstəliklərə səbəb ola biləcəkləri barədə xəbərdarlıq ediblər.
Araşdırma qrupundan biri olan Barselona Qlobal Sağlamlıq İnstitutunun ekoloqu Dr. Xavier Rodo, bakteriyaların üçdə birinin və bir az daha çox göbələklərin potensial insan patogenləri hesab edilə biləcəyinə diqqət çəkib.
Dr. Rodo qeyd edib ki, yeni araşdırma yüksək dağlıq mikrobların yerə düşəndə insanlarda epidemiyaya səbəb ola biləcəyinə dair birbaşa dəlil təqdim etməsə də, xəstəliklərə səbəb ola bilər və bu, diqqət yetirilməsi lazım olan bir məsələdir.
Tədqiqatın nəticələri ABŞ-ın ən hörmətli elm jurnallarından biri olan Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.
Məryəm İlhamqızı