Ölümcül “göbələk epidemiyası” riski artır
    • 1-05-2024, 22:50
    • 487

Ölümcül “göbələk epidemiyası” riski artır

ABŞ-lı bir mütəxəssis, önümüzdəki dövrdə nəfəs almağa mane olan və beyin şişkinliyinə səbəb olan "ölümcül" göbələk infeksiyalarında artım ola biləcəyini iddia edib.

News24.az xəbər verir ki, bir göbələk "epidemiyası" yaxın bir neçə ildə görülən bir ssenari ola bilər. Göbələk mütəxəssisi Dr.Hennessee, "blastomikoz" göbələk ştammının hazırda ən aktual problemlərdən biri olduğunu söyləyib.

Göbələk epidemiyası ehtimalının niyə vacib olduğunu izah edən Doktor Hennessi, "Biz insanları göbələklər haqqında düşünməyə sövq edirik, çünki göbələk halları artmaqdadır. İnsanlarda görüldükdə çox vaxt səhv diaqnoz qoyulur və az məlumat verilir. Bu  həqiqətən də ciddi nəticələrə səbəb olur” deyib..

Qeyd edək ki, iqlim dəyişikliyi epidemiya təhlükəsini daha da mümkün edir.

Mütəxəssislər ətraf mühit şəraiti dəyişdikcə histoplazmoz, dərə qızdırması və bu kimi göbələk xəstəliklərinin yayılmasının dəyişəcəyindən, nəticədə epidemiyaya çevriləcəyindən narahatdırlar.

Günel Məlikzadə