11 sentyabr - HÜCUMLARI

11 sentyabr - HÜCUMLARI Dünya

Bu gün ABŞ-dəki terror aktından 23 il ötür.

News24.az xəbər verir ki, 11 sentyabr 2001-ci ildə hücumçular Amerika sərnişin təyyarələrini qaçıraraq Nyu-Yorkda iki göydələnə çırpılıb, minlərlə insan həlak olub.

Bu hücumlar təkcə Amerika üçün deyil, bütün dünya üçün əsrin ən travmatik hadisələrindən biri idi.

ABŞ-ın şərq sahilləri üzərində uçan dörd təyyarə bir-birinə bağlı şəxslərdən ibarət kiçik bir qrup tərəfindən eyni vaxtda qaçırılıb.

Hücumçular daha sonra bu təyyarələri Nyu York və Vaşinqtondakı simvolik binalara çırpmaq üçün idarə olunan raketlər kimi istifadə ediblər.

Təyyarələrdən ikisi Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin binaları olan Əkiz Qüllələrə çırpılıb.

İki saatdan az müddətdə 110 mərtəbəli iki göydələn uçaraq nəhəng toz buludunu əmələ gətirib.

Saat 09:37-də üçüncü təyyarə paytaxt Vaşinqton yaxınlığında ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasının qərb hissəsinə çırpılıb.

Dördüncü təyyarə sərnişinlərin müdaxiləsi ilə saat 10:03-də Pensilvaniyada açıq sahəyə çırpılıb.

Əgər müdaxilə olmasaydı, təyyarəni qaçıranların paytaxtdakı Konqres binasını hədəf aldıqları təxmin edilib.

Hücumlarda ümumilikdə 2977 nəfər (19 qaçıran istisna olmaqla), həmçinin qaçırılan dörd təyyarədəki 246 sərnişin və ekipaj üzvlərinin hamısı həyatını itirib.

Ölənlərdən ən kiçiyi anası Sue və atası Piterlə təyyarədə sərnişin olan iki yaşlı Kristin Li Hanson olub.

Hücumları Əfqanıstanda yerləşən Əl-Qaidə təşkilatı öz üzərinə götürüb.

Usamə bin Ladenin rəhbərliyi altında Əl-Qaidə müsəlman ölkələrindəki müharibə və münaqişələrə görə ABŞ və müttəfiqlərini günahkar bilib.

Hücumlarda ümumilikdə 19 nəfər iştirak edib. Onlar beş nəfərdən ibarət üç qrup halında təyyarələrə sərnişin kimi miniblər. Pensilvaniyada qəzaya uğrayan təyyarədə dörd nəfərlik ekipaj olub.

ABŞ hücumlara necə cavab verdi?

Hücumlardan bir ay keçməmiş Əfqanıstan o vaxtkı ABŞ prezidenti Corc Buşun rəhbərliyi və koalisiya qüvvələrinin dəstəyi ilə işğal edilib.

Bildirilib ki, məqsəd “Əl-Qaidə”ni məhv etmək və təşkilatın qurucusu Usamə Bin Ladeni ələ keçirməkdir.

Əfqanıstanı idarə edən və bin Ladeni qoruyan radikal islamçı təşkilat olan Taliban onu təhvil verməkdən imtina edib.

Yalnız 2011-ci ildə ABŞ əsgərləri Bin Ladenin Əfqanıstanla bitişik Pakistanda olduğunu aşkar ediblər.

Bin Laden 2011-ci il mayın 2-də Pakistanın Abbotabad şəhərində ailəsi ilə birlikdə gizləndiyi evdə ABŞ xüsusi təyinatlılarının keçirdiyi gizli əməliyyat nəticəsində öldürülüb.

Məryəm İlhamqızı

11 sentyabr - HÜCUMLARI