Sentyabrın 11-i saat 10:50 radələrində... - Müdafiə Nazirliyi TƏCİLİ məlumat YAYDI
    • Dünən, 12:16
    • 1 898

Sentyabrın 11-i saat 10:50 radələrində... - Müdafiə Nazirliyi TƏCİLİ məlumat YAYDI

Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.