DİN tibb xidmətinə işə qəbulla əlaqədar müsabiqə ELAN EDİR
    • 12-06-2019, 16:13
    • 1 634

DİN tibb xidmətinə işə qəbulla əlaqədar müsabiqə ELAN EDİR

Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan 7 tibb bacısı, 2 rentgen-laborant və 1 tibb qeydiyyatçısı vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. 


DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müsabiqədə Azərbaycan Respublikasının dövlət orta-ixtisas təhsil müəssisələrində tibb bacısı və ya feldşer ixtisası almış, yaşı 25-dən yuxarı olmayan, ixtisası üzrə azı 3 il praktik təcrübəyə malik, boyu 160 santimetrdən aşağı olmayan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər. 


Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il iyun ayının 15-dən iyul ayının 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb  İdarəsinin [email protected] ünvanına göndərməlidirlər.


Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsi;

    Ali təhsil haqqında diplom;

    Əmək kitabçasının surəti.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.