"Miss Turkey 2024" gözəlinin atası BAXIN KİM İMİŞ
    • Bu gün, 18:18
    • 188

"Miss Turkey 2024" gözəlinin atası BAXIN KİM İMİŞ

Ötən gecə İstanbulda keçirilən finalda Türkiyəni “Kainat gözəli” yarışmasında təmsil edəcək “Miss Türkiyə” gözəlləri bəlli olub. 

News24.az xəbər verir ki, 20 iştirakçının mübarizə apardığı “Miss Türkiyə”nin qalibi İdil Bilgen olub. 

Bilgenin atasının da tanış olduğu öyrənilib.

Bilgenin atası Levent Bilgenin 2023-cü ilin oktyabr ayından Türkiyənin Kiyevdəki səfiri Mustafa Levent Bilgen olduğu məlum olub. Bilgen Ukraynaya təyin olunmazdan əvvəl 2014-2016-cı illər arasında Əbu-Dabidə səfir vəzifəsində çalışıb. 2018-ci ildə anasını itirən İdil Bilgen dəfn mərasimində atası və qardaşı Metehan Bilgenlə görüntülənib.

Məryəm İlhamqızı