-
- 8-12-2018, 18:48
- 2 750
"Miss World 2018" Meksika gözəli seçildi - VİDEO - FOTO
Bu gün Çinin Sanya şəhərində "Miss World 2018" (Dünya gözəli) Beynəlxalq gözəllik müsabiqəsi keçirildi.
News24.Az xəbər verir ki, müsabiqənin 68-ci ildönümündə dünyanın 118 ölkəsinin gözəlləri qalibiyyət uğrunda yarışıblar. İştirakçılar təkcə gözəllikləri ilə deyil, eləcə də müxtəlif rəqs, ifa və bir-neçə sahələrdə istedadları ilə rəqabət aparıblar. Bundan başqa, onlara ünvanlanmış intellektual suallara cavab verib, eləcə də müxtəlif xeyriyyə tədbirlərində iştirak ediblər.
Müsabiqənin Top 5 finalına dünyanın 5 müxtəlif regionlarının təmsilçiləri düşə biliblər. Avropanı Miss Belarusiya, Asiya və Okeaniyanı Miss Tailand, Karib adalarını Miss Yamayka, Amerikanı Miss Meksika, Afrikanı isə Miss Uqanda təmsil ediblər.
Münsiflərin yekun qərarından sonra müsabiqənin bu ilki qalibi bəlli olub. Əvvəlcə müsabiqənin qalibiyyətə 1-ci namizədinin adı açıqlanıb. Bu, Miss Tailand gözəli olub.
Müsabiqənin əsas qalibi "Miss World 2018" Meksika gözəli Vanessa De Leon seçilib. Ötən ilin qalibi Hindistan gözəli Manuşi Çillar ənənə üzrə tacını yeni gözələ təhvil verib.
Qeyd edək ki, müsabiqənin tarixi boyunca bu, meksikanın ilk qələbəsidir.
Azər NƏSİBOV