Azərbaycanın tanınmış futbolçusu karyerasını başa vurdu
    • 13-09-2024, 12:12
    • 527

Azərbaycanın tanınmış futbolçusu karyerasını başa vurdu

Azərbaycan millisinin sabiq üzvü Vurğun Hüseynov karyerasını başa vurub.

News24.az bildirir ki, bu barədə QOL.az-a açıqlamasında 36 yaşlı müdafiəçi özü məlumat verib.

O, məşqçiliyə başlamaq fikrində olduğunu bildirib. V.Hüseynovun son klubu "Kəpəz" olub. Klub bu gün onunla yolları ayıdığını açıqlayıb. Klub xidmətlərinə görə Vurğun Hüseynova təşəkkür edib, gələcək həyatında ona uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan millisində 15 oyun keçirən və 1 qol vuran Hüseynov "Turan Tovuz", "Qəbələ" və "Sumqayıt"da da çıxış edib.