-
- 31-10-2023, 20:10
- 288
Sabiq "Qəbələ"li karyerasını bitirdi
“Qəbələ”nin bosniyalı sabiq futbolçusu Ermin Zeç karyerasını bitirib.
News24.az QOL.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu ilk peşəkar klubu olan “İskra”dan iş təklifi alıb.
Klub rəhbərliyində yer alacaq Zeç futbolçu karyerasını buna görə başa vurub.
Qeyd edək ki, ötən ildən klubsuz olan Ermin Zeç 2015/2016 mövsümündə “Qəbələ”də çıxış edib. O, "qırmızı-qaralar"da 23 oyuna çıxıb və 7 qol vurub. Bosniya və Herseqovina millisinin sabiq üzvü "Jelezniçar", "Qaziantep","Karabükspor", "Balıkesirspor" və "Riyeka"da da da oynayıb.