Nadir "Lamborghini" üçün inanılmaz məbləğ təklif olunur - FOTO
    • Dünən, 21:06
    • 134

Nadir "Lamborghini" üçün inanılmaz məbləğ təklif olunur - FOTO

"Bring a Trailer" onlayn auksionunda "Lamborghini Countach LPI 800-4" superkarı uğrunda mübarizə davam edir.

News24.az oxu.az-a istinadən bildirir ki, bu barədə auto.ru məlumat yayıb.

Bu avtomobil orijinal modelin 50 illiyi üçün yaradılmış Sian hibridinə əsaslanan müasir versiyadır.

Ümumilikdə, "Lamborghini" bu superkarlardan yalnız 112-ni yığmağı planlaşdırır və onlardan biri üçün artıq 2 222 222 dollar təklif olunur.

Hərracın sonuna bir həftədən çox vaxt qaldığına görə, qiymətin daha da yüksəlməsi gözlənilir.

Qeyd edək ki, avtomobil 6.5 litr həcmli təbii atmosferli V12 və elektrik mühərrikinin kombinasiyası ilə idarə olunur. Aqreqatlar birlikdə 814 at gücü hasil edir. Yeddi pilləli "robot" sürət qutusu ilə təchiz olunmuş "Lambo" hibridi 100 km/saat sürəti 2.8 saniyəyə yığır.

Superkar alındıqdan sonra cəmi 137 kilometr məsafə qət edib.