Endemik həşərat qaçaqmalçılığı: 200 min dollar cərimə...
    • 13-09-2024, 17:36
    • 304

Endemik həşərat qaçaqmalçılığı: 200 min dollar cərimə...

Şri Lankanın Yala Milli Parkından qaçaqmalçılıq yolu ilə keçirməyə çalışdıqları endemik böcəklərlə gündəmə gələn italiyalı ata və oğlu təxminən 200 min dollar cərimə olunub.

News24.az xəbər verir ki, mayın 8-də Yala Milli Parkında 68 yaşlı ata və 28 yaşlı oğul içərisində endemik həşərat olan bankalarla yaxalanıblar. 

Bölgə rəsmiləri bankalarda kimyəvi maddələrin olduğunu və içindəki həşəratların öldüyünü bildirib.

Bildirilib ki, İtaliyadan olan ata-oğul cütlüyü tərəfindən cərimə ödənilməsə, təxminən 2 il həbs cəzası ala bilər. 

Məryəm İlhamqızı