-
- 26-08-2024, 17:04
- 1 383
Bu bitkini qoparıb, xaricə aparmaq QADAĞANDIR
Dünyada nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi bildirilən və qoparılıb xaricə aparılması qadağan edilən endemik bitki növü olan qum zanbaqları Türkiyənin Antalya şəhərində Yeşilöz çimərliyini bəzəməyə başlayıb.
News24.az xəbər verir ki, qum zanbaqlarını qoparıb, soğanlarını xaricə aparmağa görə keçən il 244 min 315 lirə olan cərimə bu il 387 min 141 lirəyə yüksəlib.
Qeyd edək ki, ekoloqlar və yerli insanlar ziyarətçiləri qum zanbaqlarını qorumaq üçün şüurlu hərəkət etməyə dəvət ediblər.
Məryəm İlhamqızı