Dünən gecə liftdə qalanlar
    • 3-07-2018, 12:22
    • 1 309

Dünən gecə liftdə qalanlar

Gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakı şəhəri ərazisində 18 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

FHN-nin verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Əməliyyatlar uğurla başa çatıb.