Zaur Kamalın verilişində YENİLİK
    • 16-09-2024, 13:55
    • 324

Zaur Kamalın verilişində YENİLİK

Tanınmış aparıcı Zaur Kamalın “Həmin Zaur” verilişi sentyabrın 24-də saat 19-da yeni mövsümə start verəcək.

O, verilişinə oğlu Bartu ilə birgə aparıcılıq edəcək.

News24.az bildirir ki, bu barədə Yenicag.az-a açıqlamasında Zaur Kamal özü bildirib:

“Veriliş əyləncə xarakteri daşıyacaq. Oğlumla birgə tamaşaçı qarşısına çıxacağam. Bartu bu il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, birinci kurs tələbəsidir. Sözün düzü, biz onun hüquq fakültəsində oxumasını istəyirdik. Getdi, qabiliyyət imtahanından keçdi və sevincək gəldi ki, jurnalistika fakültəsinə qəbul olundum. Bu peşəni öz arzusu ilə seçdi”.