Dünyanın ən yaşlı insanı OLDU
    • 16-09-2024, 23:24
    • 403

Dünyanın ən yaşlı insanı OLDU

Yaponiyada qocalar evində yaşayan Tomiko İtuoka ötən ay 117 yaşlı Mariya Branyasın ölümündən sonra "dünyada yaşayan ən yaşlı insan" olub.

News24.az Ginnesə istinadla xəbər verir ki, səlahiyyətlilər 116 yaşlı Tomikonu qaldığı qocalar evində ziyarət ediblər.

Rəsmilər onun rekord sertifikatını təqdim etdikdən sonra Tomiko "dünyanın ən yaşlı insanı" titulunun sahibi olub.

İmperator Meidjinin dövründə anadan olan Tomikonun, Yaponiya II Dünya Müharibəsinə girəndə 32 yaşı var idi.

Qeyd edək ki, “Dünyanın ən yaşlı insanı” kimi qeydə alınan 117 yaşlı ispaniyalı Mariya Branyas avqustun 20-də vəfat edib.

Məryəm İlhamqızı