Bakıda 50 yaşlı kişi qocalar evində öldü
    • 19-03-2020, 23:40
    • 1 196

Bakıda 50 yaşlı kişi qocalar evində öldü

50 yaşlı kişi qocalar evində ölüb.


News24.az xəbər verir ki, hadisə ötən gün Xətai rayonu, Əbilov küçəsi, 20 ünvanında yerləşən “Tereza ana” qocalar evində qeydə alınıb. 


Belə ki, qocalar evində məskunlaşan 1970-ci il təvəllüdlü Anatoli Vladimiroviç ölüb.


İlkin məlumatlara görə, onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.


Faktla bağlı araşdırma aparılır.