Türkiyəli müğənni səhnədə hücuma məruz qaldı - VİDEO
    • 17-09-2024, 14:59
    • 238

Türkiyəli müğənni səhnədə hücuma məruz qaldı - VİDEO

Qaziantepdə səhnəyə çıxan məşhur müğənni Simge Sağın çıxışı zamanı yaşadıqları ilə təəccüblənib. 

News24.az xəbər verir ki, mahnılarını ifa edən Simge Sağın səhnədə hücuma məruz qalıb.

Tamaşaçılardan biri müğənninin üzünə gül dəstəsi atıb, daha sonra başqa bir şəxs isə telefonu atıb.

Hadisədən şoka düşən Simge bu qəfil hücumlara reaksiya verib. Gülün üzünə dəyməsindən şoka düşən müğənni “Bu belə ola bilməz” deyərək narahatlığını bildirib.

Telefon üzünə dəydikdən sonra daha da əsəbiləşən Simge səhnədə "İşini görən adama telefon atmağı normal hesab edirsənmi? Bunu edən dostumuzu həqiqətən qınayıram. Çünki mən bura sağlam şəkildə çörəkpulu qazanmağa gəlmişəm. O qədər insan əylənmək üçün buradadır. Çox qorxduğum üçün gələ bilmirəm, məni yaxından görə bilməyəcəksiniz" deyib.

Məryəm İlhamqızı