-
- 18-09-2024, 19:42
- 266
"İnstagram"da silinən mesajları BELƏ QAYTARIN
İnstagram ən çox istifadə olunan sosial media platformalarından biridir. Çoxlu video və fotoların paylaşıldığı sosial şəbəkədə bir çox insan DM vasitəsilə ünsiyyət qurur.
News24.az xəbər verir ki, İnstagram istifadəçiləri son vaxtlar "silinmiş mesajları geri ala bilərmi?" sualına cavab axtarır.
Silinmiş mesajları bərpa etmək üçün bir ipucu axtarırsınızsa, rəsmi funksiyanın olmadığını bilməlisiniz. Mesajı silmisinizsə, Instagram tətbiqində onu geri qaytarmaq mümkün deyil. Bununla belə, silinmiş mesajı bərpa etmək üçün müxtəlif həll yollarından istifadə edə bilərsiniz.
İnstagram-dan məlumatlarınızın surətini tələb etməklə silinmiş mesajlarınızı bərpa edə bilərsiniz. İnstagram istifadəçilərə mesajlar və söhbətlər daxil olan məlumatlarını yükləməyə imkan verir. Lakib bu üsul mürəkkəbdir və uzun vaxt aparır.
İnstaqramdan məlumatlarınızın surətini necə tələb edə bilərsiniz?
Instagram ana səhifənizin yuxarı sağ küncündəki üç sətir işarəsinə toxunun.
Hesablar mərkəzini seçin.
Məlumat və icazələr bölməsinə keçin.
Sonra məlumatınızı endirin və ya köçürün.
Yükləmə sorğusu düyməsini vurun.
Birdən çox hesabınız varsa, məlumat yükləmək istədiyiniz hesabı seçin.
Yükləməyə daxil etmək istədiyiniz məlumatı seçin.
Məlumatın göndərilməsini istədiyiniz e-poçt ünvanını, yükləmə formatını, media keyfiyyətini və tarix diapazonunu seçin.
Sorğunu Göndər-i klikləyin.
Sorğu etdikdən sonra məlumatlarınız hazır olduqda Instagram sizə yükləmə linki olan e-poçt göndərəcək. Daha sonra arxivi yükləyə və silinmiş mesajlarınızı axtara bilərsiniz. Məlumatlarınızın endirməyə hazır olması üçün bir neçə saatdan 30 günə qədər vaxt lazım ola bilər.
Qeyd edək ki, İnstagram silinmiş mesajları 30 gün saxlayır. Əgər Instagram-da mesajlar silinibsə və ya itibsə, siz Instagram Data Download aləti ilə silinmiş mesajları bərpa edə bilərsiniz.
Məryəm İlhamqızı