Peyvənd olunma ilə bağlı əhaliyə ÇAĞIRIŞ
    • 18-09-2024, 16:38
    • 234

Peyvənd olunma ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Soyuq aylarda qripin, infeksiyaların artması gözlənilir və bu, normal bir haldır.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, qrip üçün peyvənd etmək lazımdır və 6 aydan yuxarı olan uşaqlar, eləcə də digər şəxslər qrip peyvəndi oluna bilərlər.

İnfeksionist onu da qeyd edib ki, il ərzində bir neçə dəfə yüngül virusa yoluxmaq immun sistemi üçün yaxşıdır və bunlar üçün antibiotiklərdən istifadənin yan təsirləri ola bilər, həkim məsləhəti olmalıdır.