Uzun müddətdir öskürürsünüzsə.. - Təhlükəli xəstəliklərin əlaməti
    • 19-09-2024, 16:54
    • 594

Uzun müddətdir öskürürsünüzsə.. - Təhlükəli xəstəliklərin əlaməti

Terapevt Olqa Kozlova xəbərdarlıq edib ki, uzun müddət davam edən öskürək müxtəlif təhlükəli xəstəliklərin əlaməti ola bilər.

News24.az xəbər verir ki, bunlara vərəm və ürək problemləri daxildir.

Əksər hallarda, soyuqdan sonra öskürək iki-üç həftə ərzində öz-özünə yox olur. Ancaq üç həftədən üç aya qədər davam edərsə və ya digər simptomlarla (nəfəs darlığı və ya sinə ağrısı) müşayiət olunarsa, səbəbi müəyyən etmək və effektiv müalicə təyin etmək üçün həkimə müraciət etməlisiniz. Çünki bu, ciddi xəstəliklərin - pnevmoniya, xroniki bronxit və ya hətta ürək çatışmazlığı kimi əlaməti ola bilər.

Mütəxəssis öz özünüzə müalicə etməməyi tövsiyə etdi. Əks halda bu, sağlamlığınıza zərə vura bilər.

Günel Məlikzadə