İnfarktın əlamətləri bunlardır
    • 12-07-2021, 14:34
    • 1 237

İnfarktın əlamətləri bunlardır

Əksər insanlar miokard infarktının əlaməti ola biləcək sinə ağrısına məhəl qoymur.

News24.az xəbər verir ki, həkimlər infarkt süəbəb ola biləcək təhlükəli ağrının əsas əlamətlərini açıqlayıblar. 

Bildirilib ki, qəfil sinə ağrısının başlaması və şiddətlənməsi, ağrının qollara, kürəyə, boyuna, çənəyə yayılması, nəfəs çatışmazlığı, sağlamlığın kəskin şəkildə pozulması infarktın əsas əlamətləridir. 

Ağrı bu xüsusiyyətlərə uyğun gəlmirsə, o zaman səbəbi o qədər də təhlükəli olmaya bilər. Məsələn bu, həzm problemi və ya əzələ gərginliyi ilə bağlıdır.

Bundan əlavə, infarkt xəstələrində tərləmə, başgicəllənmə, panik atak və həddindən artıq öskürək olur.