-
- 14-06-2019, 15:31
- 834
"Ana, mən daha məktəbə getməyəcəm" - Müəllim dəyişikliyi TRAVMA yaradır - ARAŞDIRMA
«Ana, mən daha məktəbə getməyəcəm. Deyirlər ki, Əfruz müəllimə bundan sonra bizə dərs deməyəcək. Mən ayrı müəllimə istəmirəm...»
Bunu Aydan Əliyeva deyir, 3-cü sinif şagirdi. Onu məktəbdən soyudan səbəb üz-gözünə öyrəşdiyi, özünə doğma saydığı müəllimini bir daha görə bilməyəcəyidir.
Azərbaycanda müəlliməsindən ötrü ağlayan tək Aydan deyil. Digər ümumtəhsil məktəblərində də bir illik müqavilə ilə dərs deyən müəllimlər var və müqavilə müddəti bitdikdən sonra onlar məktəbi tərk edirlər. Valideynlər və müəllimlərin bu şəkildə çalışmasına etiraz edirlər. Onlar bildirirlər ki, bu cür müəllim dəyişikliyi övladlarında psixoloji travma yaradır.
Bütün müəllimlərlə müddətsiz müqavilə imzalanmalıdır
Təhsil eksperti Kamran Əsədov da News24.az-a açıqlamasında müəllimlərin müqavilə ilə işləməsinin bir çox fəsadlar yaratdığını deyir. Onun sözlərinə görə, təhsil planlaşdırılmış bir prosesdir və tədris prosesini aktiv aparan şəxslərinondan kənarlaşmasına icazə vermək olmaz: “Çünki bu prosesdə bir çox problemlər baş verir. Kimlərsə hər hansı bir ildə işə qəbul olur, amma növbəti ildə yerdəyişmə imtahanında iştirak edərək çalışdığı məktəbdən uzaqlaşır. Bu, heç də yaxşı hal deyil. Fikrimcə, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəblərdə həmin müəllimlər mütləq şəkildə üç il ərzində işləməlidirlər. Bu, H1, H2 tətbiq edilən yerlərə də aiddir. Bu yalnız şagirdlərin psixologiyasına yox, həmdə tədris göstəricisinə də mənfi təsir edir. Tədrisin artıq baza formalaşdıran bir müəllimdən başlayıb, digər müəllimlə davam etdirilməsi metodiki baxımdan da qüsurlar ortaya çıxarır. Ona görə də Təhsil Nazirliyi mütləq şəkildə bütün müəllimləri müddətsiz müqavilə ilə işləməyə məcbur etməlidir. Müddətli müqavilələr bir ildir, və onların sayını azaltmaq lazımdır. Bütün müəllimlərlə müddətsiz müqavilə imzalanmalıdır və yerdəyişməyə yalnız xüsusi istisna halları baş verərsə, icazə verilməlidir. Əks halda bu, şagirdlərin həm tədris, həm təlim, həm də psixologiyasına ciddi şəkildə təsir göstərəcək”.
Kamran Əsədov onu da əlavə edib ki, bu məsələ ilə bağlı əsasən region məktəblərində daha çox problemlər yaranır: “Bilirsiniz ki, gənc müəllimlər neçə il orada işləyir, sonradan uzaqlaşırlar. Bu da həmin ərazidə şagirdlərin davamlı, dayanıqlı və keyfiyyətli təhsil almasına ciddi şəkildə mane olur. Məsələn, müşahidə edirik ki, 4000-4500 müəllim işə qəbul olursa, onun 2000-dən çoxu regionların payına düşür. Amma onlar bir ildən sonra ya ailə qurur, ya da digər güzəştli şərtlərə daxil olurlar və yerdəyişmə prosesində məktəbdən uzaqlaşırlar. Bu da həmin yerlərdə boş vakantların yaranmasına, bəzən də müəllimlərin həmin yerdən imtina etməsinə gətirib çıxarır. Müəllimlərin sosial vəziyyəti yaxşılaşarsa, onlar regionlardan geri qayıtmazlar, əksinə, bölgələrə getməkdə maraqlı olarlar. Müəllim boşluğu problemi də aradan qalxar. Bir neçə müddətdən sonra isə yerdəyişmə problemi olmaz və şagirdlər də bunun fəsadlarını yaşamazlar».
Müəllimin tez-tez dəyişməsi uşaqların gələcək həyatına ciddi təsir edir
Psixoloq Təhminə Çələbi isə bildirir ki, fənlərin uşaqlara sevdirilməsində müəllimlərin rolu çox böyükdür. Onun fikrincə, burada pedaqoqun, müəllimlərin şəxsiyyəti ön plandadır: «Uşaqlar adətən kiçik yaşlardan şəxsiyyətini bəyəndiyi, sevdiyi pedaqoqun fənnini sevməyə başlayırlar. Əgər beşinci sinif şagirdi tarix fənnini sevib gələcəkdə böyük bir tarixçi olmaq istəyirsə, onun ən önəmli səbəbi müəllimlə bağlı olur. Araşdırma zamanı da görürük ki, belə məsələlərdə pedaqoqunun rolu çox önəmlidir. Bu səbəbdən tez-tez pedaqoqların dəyişməsi uşağın adaptasiyasını pozur və bu zaman uşağın dərsə marağı itir. Dəfələrlə şahidi olmuşuq, uşağın dərslərində geriləmə olub və valideynlər psixoloqa müraciət edirlər. Biz araşdırırıq və məlum olur ki, müəllim şəxsi həyatı ilə bağlı məzuniyyətə çıxıb və ya harasa gedib. Bu da uşaqda depressiya yaradıb. Belə stresslər uşaqlarda somatik xəstəliklərə gətirib çıxara bilir. Bu səbəbdən xüsusilə ibtidai siniflərdə dərsi bir müəllim tədris etməlidir. Uşaqlar bir müəllimə adaptasiya olunmalıdırlar. Bu, uşaqların həyatında çox önəmli məqamıdır. Xüsusilə, ibtidai siniflərdə müəllimlərin dəyişməsi yolverilməzdir. Bu, uşağın gələcək həyatına olduqca böyük təsir edir. Yuxarı siniflərdə də, müəllimlərin öz fənninə və şagirdlərə münasibəti eyni deyil. Məsələn, tutaq ki, coğrafiya müəllimi dəyişir və yerinə başqası gəlir. Müəllim dəyişikliyi uşağın o fənnə marağının azalmasına gətirib çıxara bilər. Çünki şagird məhz həmin fənni o müəllimənin təqdimatında qəbul edir. Bu pedaqoq dəyişməsində olduğu kimi, məktəb dəyişməsində də baş verir”.
Psixoloq belə dəyişiklik zamanı valideyn və pedaqoqların hansı addım atmalı olduqlarından da danışıb: “Əgər belə bir dəyişiklik baş veribsə, müəyyən müddət uşağın dərsində qiymətləri aşağı düşə bilər. Buna sakit yanaşmaq lazımdır. Müəyyən müddətdən sonra uşaq yeniliyə adaptasiya olacaq. Yeni müəllimin informasiyanı çatdırma bacarığına, təqdimatına öyrəşənə qədər dərsinə marağının azalması gözlənilən haldır. Valideynlər və pedaqoqlar bu dönəmdə səbrlə gözləməlidirlər».
Məsələ ilə bağlı Təhsil Nazirlyinə də müraciət etdik. Qurumdan tezliklə bu mövzudakı sorğumuza cavab veriləcəyi bildirilib.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində müddətsiz müqavilə ilə işləyən 265 müəllim iş yerini dəyişib.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, 1210 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.
269 nəfər müəllimin isə iş yeri daimiləşib.
Afaq Mirayiq