-
- 20-09-2024, 20:32
- 15 530
Limonlu, yoxsa sirkəli su?
Artıq çəkidən xilas olmaq istəyənlər, eləcə də arıqlamaq, daha incə görünmək istəyənlər “limonlu, yoxsa sirkəli su” üzərində uzun-uzadı düşünür. Kimisi səhər erkən saatlarda limonlu su, kimisi də sirkəli su içməklə problemdən xilas olacağını zənn edir. Limonlu, yaxud sirkəli su mübahisəsi getdiyi bir vaxtda qidalanma üzrə mütəxəssis tərəfindən mübahisələrə son qoyacaq açıqlama gəlib.
News24.az “Sherg.az”a istinadən xəbər verir ki, Türkiyədə tanınan həkim-terapevt Osman Müftüoğlu limonlu su ilə sirkəli suyun faydaları və fərqli cəhətləri barədə məlumat açıqlayıb. Həkim “hansı daha yaxşıdır”, sualına konkret cavab verib. Həkim qeyd edib ki, limonlu su həzm sisteminin düzgün çalışmasına kömək edir, tərkibindəki limon turşusu sayəsində qidaların asanlıqla parçalanmasında mühüm rol oynayır. Sirkə suyu isə qidanın həzm zamanı daha effektiv parçalanmasını təmin edən fermentlərlə zəngindir. Mədə turşusu az olan insanlar üçün sirkəli su daha faydalıdır. Professor Osman Müftüoğlu, “sirkəli su, yoxsa limonlu su”, sualına “fərq etməz”, cavabını verib. O.Müftüoğlunun sözlərinə görə, istehlakda önəmli olan suyun özüdür. Beləliklə, limon və ya sirkə suyundan əvvəl suyun özü gəlir. Suyun əhəmiyyətinə toxunan Müftüoğlu, alma sirkəsi ilə bağlı ayrı bir xatırlatma edib. Həkim gündəlik iş rejimi ilə bağlı məlumat paylaşaraq, günə ilıq limonlu su ilə başladığını və eyni şəkildə davam etdiyini bildirib. Amma acqarına alma sirkəsi içmək mədədə narahatlıq yarada bilər. Səhər və ya gün ərzində istehlak edilən suyun zənginləşdirilməsinin lazım olduğunu vurğulayan Müftüoğlu, suya sağlam qidaların əlavə edilməsinin lazım olduğunu bildirib. Suya sürtgəcdən keçirilmiş pomidor və ya xiyar dilimləri kimi qidalar əlavə etməklə sağlamlıq faydalarını artırmaq olar. Bu sayədə onun zəngin antioksidant tərkibindən daha çox faydalana bilərsiniz. O.Müftüoğlu bir neçə tərəvəz və ədviyyatların da faydasını vurğulayıb.
Nanə
Gün ərzində istehlak etdiyiniz suyun faydalı təsirini artırmaq üçün nanə əlavə edə bilərsiniz. Təzə nanə yarpaqları suyunuza dad qatır və həzmi asanlaşdırır. Nanə mədəni sakitləşdirən və qaz problemlərini aradan qaldıran xüsusiyyətləri ilə tanınır. Stressi azaldan təsirə malik olduğu da düşünülür.
Zəncəfil
Suya əlavə edə biləcəyiniz başqa bir qida zəncəfildir. Həzmi tənzimləməyə, ürəkbulanmanı azaltmağa və toxunulmazlığı dəstəkləməyə kömək edə bilər. Xüsusilə soyuqdəymə və qrip kimi xəstəliklərin qarşısının alınmasında faydalıdır. Maddələr mübadiləsini sürətləndirəcək qida axtarırsınızsa, zəncəfil tam olaraq dərmandır.
Kokos suyu
Hindistan cevizi suyu kalium, maqnezium və digər minerallarla zəngindir. Ancaq tərkibində dadlandırıcı olan məhsullar əvəzinə təbii məhsullara üstünlük verməlisiniz. Onu istehlak etdiyiniz suya əlavə edərək daha qidalı edə bilərsiniz.
Mixək
Qərənfil – mixək suya əlavə edildikdə güclü ətir verir. Hazırladığınız su qarışıqlarını həftə ərzində dəyişdirərək istehlak edə bilərsiniz. Mədəyə faydalı olduğu bilinən mixək xüsusilə qış aylarında ilıq suya əlavə edilərək istehlak edilə bilər. Etməli olduğunuz şey suya bir neçə mixək əlavə etmək və bir müddət dəmlənməsini gözləməkdir.
Portağal və ya qreypfrut
Sitrus dilimləri suya ləzzət qatarkən həm də bol C vitamini və antioksidant alınmasını təmin edəcək. Bu meyvələr limonun müxtəlif ləzzətləri kimi düşünülə bilər. İmmunitet sistemini gücləndirəcək və bədəndən toksinləri və ödemi çıxaracaq. Bəzi qidaları eyni suda qarışdıraraq da qida dəyərini daha da artırmaq olar.