”Ac qarına sirkəli su içmək...” - Dietoloqdan SOS
    • 13-12-2022, 16:10
    • 1 173

”Ac qarına sirkəli su içmək...” - Dietoloqdan SOS

Son aylar arıqlama metodları arasında sirkəli su, limonlu acı kofe içmək dəb halını alıb. İnsanlar çəki atmaq üçün ac qarına səhər saatlarında bu qarışımları içirlər. Bəs, bu qarışımların nə kimi zərərləri var?

Qidalanma mütəxəssisi, dietoloq Leyla Zülfiqarova bildirib ki, aktual mövzulardan biridir və mədə xəstəliklərindən əziyyət çəkənlər bu qarışımları içə bilməz:

”PH səviyyəsi dəyişən zaman insan orqanizmi xəstəlik tapır, qocalır.  Bədən turşulaşdıqca qocalır, xəstəlik tapır. Həkim turş qidalar yazırsa, pasientin hansısa xəstəliyinə görə yazır. Turş qidaların arıqlamağa kömək etdiyi doğrudur. Mədəsində qastrit, yaralar varsa, sirkəli su içmək olmaz. 

Qəbul edilən kofenin miqdarı da önəmlidir. Çox miqdarda kofein içmək orqanizmə zərərlidir. Acı kofeni günün ilk saatlarında içəndə insan uzun müddət tox qalır və enerjili olur. Eyni zamanda insan arıqlayır. Bu zaman bədən çox susuzlaşa bilər. Toxluq üçün qatığa mineral su, kətan toxumu, sarıkök, pulbibər qatılıb içilə bilər”.

Könül İbrahim