"Tanrıların hədiyyəsi" olan məhsul
    • 20-09-2024, 21:31
    • 308

"Tanrıların hədiyyəsi" olan məhsul

Düzgün qidalanma beyin də daxil olmaqla sağlamlığı qorumağa və saxlamağa kömək edəcək. 

News24.az “Cebheinfo.az”-a istinadla xəbər verir ki, televiziya aparıcısı Aleksandr Myasnikov Rusiya 1 kanalında "Ən vacib şey haqqında" verilişinin efirində belə bir unikal məhsulun adını açıqlayıb. 

Bu məhsul hətta demensiyadan da qoruya bilər.

Həkim deyir ki, daha çox qoz, xüsusilə də badam yemək lazımdır. O, qoz-fındığı "tanrıların hədiyyəsi" adlandırıb. Onun sözlərinə görə, bu məhsul xolesterinin səviyyəsini aşağı salır və demensiyanın inkişaf riskini azaldır ki, bu da elmi araşdırmalarla təsdiqlənib. 

Həkim qeyd edib ki, təkcə badam deyil, həm də hər hansı digər qoz-fındıq neyrodegenerativ xəstəliklərin qarşısının alınması və xolesterol səviyyəsinin aşağı salınması üçün uyğundur.

Bundan əvvəl onun həmkarı, reabilitasiya həkimi Sergey Aqapkin bildirmişdi ki, qoz qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.