-
- 11-09-2024, 21:26
- 806
Bağırsaq xərçənginin qarşısının alan təsirli bir MƏHSUL
Qastroenteroloq və diyetoloq Sergey Morozov deyir ki, süd bağırsaqları xərçəngdən qoruya bilər.
News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, o, bədxassəli yenitörəmələrin qarşısının alınması üçün gözlənilməz məhsulun adını çəkib.
Həkim diqqət çəkib ki, artıq çəki bağırsaq xərçəngi riskini artırır, ona görə də sağlam və balanslı qidalanma ən vacib profilaktika üsullarından biridir. Eyni zamanda o qeyd edib ki, qida rasionuna müəyyən qidaların daxil edilməsi xüsusilə faydalıdır.
Məsələn, qastroenteroloqun fikrincə, süd və fermentləşdirilmiş süd məhsulları xərçəng riskini azaldır. Ən yaxşı təsir üçün həkim 2,5 faiz yağlı süd və kefir içməyi, 5-9 faiz yağlı kəsmik seçməyi məsləhət görüb.
Həmçinin, Morozovun sözlərinə görə, xərçəng riskini tam taxıl çörəyi, tərəvəz və meyvələr azaldır. “Onlar daha yüksək pəhriz lifi tərkibinə görə xərçəngə qarşı profilaktik təsirə malikdirlər”, – deyə həkim bildirib.
Mütəxəssis əlavə edib ki, bir sıra araşdırmalar balıq və dəniz məhsullarının xərçəng əleyhinə təsirini sübut edib. Bundan əlavə, Morozov menyuya C, B vitaminləri və fol turşusu olan qidaların daxil edilməsinə çağırıb. Həkimin sözlərinə görə, bu maddələr iltihabı azaltmağa kömək edir və bununla da orqanizmi xərçəngdən qoruyur.