-
- 3-07-2018, 12:53
- 1 838
Paşinyandan Qarabağla bağlı ŞOK 15 AVQUST QƏRARI: bu qoşun növü Azərbaycanla müharibəyə girir
Ermənistan hakimiyyəti sərhədə daxili qoşun bölmələrini göndərməyə qərar verib.
Bu haqda “Qraparak” qəzeti yazıb.
“Hərçənd “Daxili qoşunlar Haqqında” qoşunların vəzifələrindən biri müdafiədə iştirakdır, ancaq əvvəlki hakimiyyət onlardan etiraz aksiyalarının yatırılması üçün istifadə etdi. Şənbə günü polis rəisi Valeri Osipyan daxili qoşun bölmələri ilə görüşdü və bildirdi ki, o, Müdafiə Nazirliyindən təklif alıb və bununla razılaşıb. Təklifin təşəbbüskarı kimi Baş nazir Nikol Paşinyan çıxış edib”, - məqalədə qeyd olunur.
Qəzetə əsasən, yalnız bir bölmə narazılığı ifadə edib.
Nəşr qeyd edir ki, Osipyanın sözlərinə görə, avqustun 15-dən etibarən daxili qoşunlar Qarabağa göndəriləcək və “sərhədin müdafiəsi”ndə iştirak edəcək. Bu qoşunlar 15 günlük növbə ilə xidmət göstərəcəklər. Bu günlər ərzində onlar əlavə pul alacaqlar.
Polisdən Valeri Osipyanın Müdafiə Nazirliyi ilə görüş faktını təsdiq ediblər.
//Publika.az