Biləsuvar rayonunda mikroavtobus yanıb.

News24.az “Report”un Aran bürosuna istinadla xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunda qeydə alınıb. 

Belə ki, Cəlilabad rayon sakini Vüqar Orduyevin idarə etdiyi mikroavtobus qəflətən yanıb və nəqliyyat vasitəsinin ön hissəsini güclü alov bürüyüb. Nəticədə mikroavtobus yanaraq yararsız hala düşb.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Video

Teglər: qəza Biləsuvar Ələt-Astara magistralı mikroaftobus Vüqar Orduyev