-
- 21-09-2024, 21:28
- 322
33 ədəd pendir oğurlayan qadının məhkəməsi başlayır
Rusiyanın Moskva şəhər sakini supermarketdən 33 ədəd pendir oğurlamaqda ittiham olunur.
News24.az Lent.az-a istinadla bildirir ki, faktla bağlı oğurluq maddasilə cinayət işi başlanıb.
Məlumata görə, 2024-cü il iyunun 14-də səhər saatlarında peterburqlu qadın mağazadan pendir və doqquz bağlama kərə yağı oğurlayıb. Nəticədə supermarketə 6 min rubl (təxminən 111 manat) zərər dəyib. Eyni zamanda qadın oğurladığı pendir və yağı şəhər küçələrində satmaq istəyib.
Cinayət işi Petrodvortsovi rayon Məhkəməsinə göndərilib.