-
- 21-09-2024, 23:58
- 367
“Nokia” patent mübahisəsində “Amazon”a qalib gəldi
“Nokia” Münxen regional məhkəməsində patent mübahisəsi üzrə çəkişmədə “Amazon” kompaniyasına qalib gəlib.
News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, qərara əsasən, Finlandiya kompaniyası gələcəkdə “Amazon”un “Fire TV” video cihazının müəyyən modellərinin satışını dayandıra bilər. Mübahisə video axınında istifadə edilən H.264 və H.265 sıxılma üsullarındakı texniki detallara aiddir. “Nokia” bu detalları bir neçə il əvvəl patentləşdirib.
Məhkəmə qərarının mövcud müştərilərə heç bir təsir göstərməyəcəyini iddia edən “Amazon” bu qərarı kəskin şəkildə pisləyib və vəziyyətin tezliklə həll olunacağına əminliyini bildirib. Kompaniyadan verilən məlumata görə, “Fire TV” cihazlarının əksəriyyətinin satışları davam edəcək.
“Amazon” patent lisenziyaları üçün ədalətli qiymət ödəməyə həmişə hazırdır. Lakin “Nokia” daha çox ödəniş istəyərək ədalətli təklifimizi rədd edib”, - deyə kompaniyadan bildirilib.