-
- 24-04-2024, 16:20
- 416
Amazon-a 10 milyon avro cərimə
İtaliya Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satın alma variantının avtomatik olaraq "birdəfəlik" əvəzinə "təkrarlanan dövri alış" olaraq təyin edildiyi və bunun istehlakçı seçimlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığı ifadə edildi.
News24.az xəbər verir ki, qurumun bu səbəbdən Amazon-u 10 milyon avro cərimələdiyi bildirilib.
Qeyd edilib ki, Amazon-un törəmə şirkətləri, Lüksemburqda yerləşən Amazon Services Europe və Amazon EU da cəzadan təsirlənib.
İtaliyanın ANSA agentliyinin dərc etdiyi xəbərdə Amazonun bu cəzadan şikayət etmək niyyətində olduğu bildirilib. Bildirilib ki, şirkət qərarla razılaşmayıb və müştərilərinin cərimə predmeti olan “Abunə ol və qənaət et” proqramı sayəsində pula qənaət etdiyini müdafiə edib.
Günel Məlikzadə