Əbülfəz Elçibəyin həyat yoldaşı torpağa tapşırıldı - YENİLƏNİB - FOTOSESSİYA
    • 15-06-2019, 14:29
    • 1 214

Əbülfəz Elçibəyin həyat yoldaşı torpağa tapşırıldı - YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında torpağa tapşırılıb.

***
10.30

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyənin İstanbul şəhərində vəfat etmiş həyat yoldaşı Həlimə Əliyevanın cənazəsi Naxçıvandadır.

News24.az
-ın “Report”a istinadla verdiyi xəbərə görə, cənazə xüsusi təyyarə reysi ilə Naxçıvana çatdırılıb, daha sonra "Təcili yardım" avtomobili ilə Ordubad rayonunun Kələki kəndinə aparılıb.
Cənazəni mərhumun yaxınları ilə yanaşı, sabiq Baş nazir Pənah Hüseyn, Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, mərhum Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov və başqaları müşayiət edib. 
Həlimə xanım bu gün Kələki kənd qəbiristanlığında torpağa tapşırılacaq. 
Dəfn mərasimində Türkiyə Böyük Millət Məclisinin üzvlərinin də iştirak edəcəyi gözlənilir. 
Qeyd edək ki, Həlimə Əliyevanın cənazəsi gecə saatlarında İstanbul-Bakı reysi ilə Azərbaycana gətirilib.H.Əliyeva öz vəsiyyətinə uyğun olaraq bu gün Ordubad rayonunun Kələki kəndində torpağa tapşırılacaq. 
Məhhumun ailə üzvləri Ə..Elçibəyin Türkiyədə yaşayan qızı Çilənay, kürəkəni Aqil Səmədbəyli də Həlimə xanımı son mənzilə yola salmaq üçün Azərbaycana gəlib.

Allah rəhmət eləsin!

Fotolar APA-ya məxsusdur.