-
- 23-09-2024, 20:06
- 217
Dünyanın ən maraqlı 5 gözəllik standartı
Dünyanın bir çox yerlərində gözəllik standartları fərqli ola bilər. Bəzi ölkələrdə ağ dəri gözəllik ölçüsü kimi qəbul edilərkən, bəzi ölkələrdə uzun boyun üstünlük hesab olunur.
News24.az dünyanın ən maraqlı 5 gözəllik anlayışını təqdim edir:
Asiyada ağ olmaq çox vacibdir
Asiyalı qadınlar ağ və qüsursuz dəriyə sahib olmaq üçün saysız-hesabsız üsullardan istifadə edirlər. Ümumiyyətlə düyü suyundan faydalanan asiyalı qadınlar günəş işığından qaçmağa da çox diqqətlidirlər.
Alt dodaqlarında disklər taxırlar
Şərqi Afrikada Mursi qəbiləsində yaşayan qadınlar diskin köməyi ilə mümkün qədər alt dodaqlarını uzadırlar. Üstəlik, bu ənənənin onlara status verdiyinə inanırlar.
Heç düşünmədən bıçağın altına girirlər
Burun əməliyyatı İranda gözəlliyin böyük ölçüsüdür. İranlılar tərəddüd etmədən bıçağın altına girir və plastik əməliyyat keçirdikləri ilə öyünürlər. İranlı qadınların ən çox tətbiq etdiyi prosedurlardan biri də dodaq dolğusudur. Əksər insanlar bu süni görünüşü bəyənməsə də, iranlı qadınların çox xoşuna gəlir.
Uzun boyunlu olmaq üçün üzük taxırlar
Myanmada yaşayan Padaung icmasının qadınları gənc yaşlarından boyunlarına mis üzüklər taxırlar, çünki burada "boyun nə qədər uzun olsa, bir o qədər gözəlsən" anlayışı var.
Artıq çəkisi olmayan insanların evlənə bilməyəcəyi ölkə
Mavritaniyada qadınlar çox gənc yaşlarından kökəlməyə məcbur edilir. Xüsusilə bel bölgəsindəki yağların Mavritaniyalı qadınlara cazibə qatdığına inanılır. Mavritaniyada arıq qadınların ərə getməsi çox çətin olduğu üçün bəzi balaca qızlar çəki artımı düşərgələrinə göndərilir.
Məryəm İlhamqızı