-
- 11-01-2024, 23:30
- 177
Zamanla gözəllik qavrayışı və moda niyə dəyişir? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Gözəllik qavrayışı zamanla kütləvi şəkildə dəyişir".
News24.az bildirir ki, bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.
Onun sözlərinə görə, bu, cəmiyyətdə müxtəlif fikirlər oyatmağa başlayır. Gözəllik qavrayışının dəyişməsini istəyən cəmiyyət kütləni idarə edir. Modaya bir şey gətirməklə onu trend halına salırlar. Bu, istər geyimdə, istər saç düzümündə, əşyalarda, avtomobillərdə, kosmetoloji prosedurlarda olsun, hər sahədə özünü göstərir. Bununla dünyanı idarə edirlər, danılmaz faktdır. Gözəllik anlayışı öyrədilmiş ağıldır. 50 il əvvəl balıq ətli qadınlar gözəlliyin simvolu sayılırdısa, indi 90-60-90 qadınlar bu yeri tutublar. 20, 30 ildən sonra bizə gözəllik anlayışı kimi nə təqdim olunacaq, bilmirik. Müşahidə edirik ki, kütlədən bu tələb olunur. Zamanla da dəyişməyinin səbəbi budur".
*Gözəllik anlayışı kommersiyaya çevrilir və bu baxımdan kütləni çox xərcə salan, müəyyən qüvvələrə xeyir verir. Məsələn, bir T-shirtla, cins sadə və yaxşı görünür, həm də ucuz başa gəlir. Amma onu bizə adiləşdiriblər deyə gözəlliyini yaddaşa vurmuruq. Bizə seçimlər verilir və təlqin olunur. Gözəllik anlayışı zamanla kütləni idarə edən qurumlar tərəfindən təlqin olunan bir şeydir "- deyə psixoloq bildirib.