“Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib
    • 15-06-2019, 17:41
    • 1 374

“Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib

İyunun 15-də Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Gələcəyə doğru” adlı məzun gecəsi keçirilib. 

News24.az-APA-ya istinadla xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və digər şəxslər iştirak ediblər.

C. Bayramov Birinci vitse-prezident Mehriban Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra tədbirdə bildirilib ki, təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizin gələcəyi üçün müasir dünyagörüşə malik, yüksək intellektli gənclərin hazırlanmasına yönəldilib. 

Eyni zamanda, 2018-2019-cu tədris ilinin uğurları diqqətə çatdırılıb, qarşıda duran hədəflərdən danışılıb. 
Tədbir konsert və əyləncə proqramı ilə davam etdirilib.